Logo

AzTU komandası Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş boks yarışında iştirak edib

14.09.2021 19:00 572 baxış
IMG

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” idman klubunun təşkilatçılığı ilə boks idman növü üzrə yeniyetmə və gənclər arasında turnir keçirilib.

Tehsil.biz xəbər verir ki, turnir Qarabağ şəhidlərinin xatirəsinə həsr olunub.

Yarışda 11 komandadan 120 idmançı iştirak edib. Turnirin açılış mərasimində çıxış edən “Gömrükçü” idman klubunun boks üzrə baş məşqçisi, əməkdar məşqçi Samir Həsənov Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının xatirəsi daim əziz tutulacaq.

Daha sonra turnirə start verilib. Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşib. Ümumi hesabda “Gömrükçü” idman klubunun boks üzrə yığma komandası birinci pillədə qərarlaşıb. İkinci pillədə Lənkəran idman klubu, üçüncü pillədə isə Azərbaycan Texniki Universitetinin (AzTU) komandası yer alıb.

Xəbər lenti