Logo

Məzunlarla görüş keçirilib

14.09.2021 19:05 390 baxış
IMG

İmişli rayonu Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbulda 600-dən çox bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə İmişli Rayon İcra Hakimiyyətinin Başçısı Elçin Rzayev, Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev, məzunlar, məktəb rəhbərləri və valideynlər iştirak ediblər.

Tədbir Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin Başçısı Elçin Rzayev 600-dən çox bal toplayaraq, ali təhsili müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunları,  onların valideynlərini və rayonumuzun bütün təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edib. Daha sonra o, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən Müharibəsində qələbəni təmin edən, qəhrəman şəhidlərin yetişməkdə olan gənc nəslə nümunə olduğundan danışıb. Bu tarixi qələbənin Azərbaycan vətəndaşının Vətən həsrətinə və nisgilinə son qoyduğunu bildirib. 

İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev çıxışında Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, təhsilin ölkəmizdə prioritet sahə olduğunu qeyd edib. Son bir ildə İmişli şəhər 7 nömrəli məktəbin yeni binasının inşa edildiyini, Axıcanlı və Məmmədli kənd tam orta məktəblər üçün modul tipli məktəb binalarının quraşdırıldığını diqqətə çatdırıb. 

Ələmdar müəllim 2020-2021-ci tədris ilində rayon üzrə qazanılan uğurlar və qarşıda duran vəzifələr barəsində geniş məlumat verib. Vətən Müharibəsində iştirak edən təhsil işçilərindən, istedadlı şagirdlərin üzə çıxarılması üçün həyata keçirilən layihələrdən danışaraq  əldə olunan uğurların bundan sonra da davam etdiriləcəyini bildirib.

Görüşdə çıxış edən valideynlər və məzunlar İmişlidə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər. 

Sonda 600-dən çox bal toplamış məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb. 

Xəbər lenti