Logo

AzTU-da doktoranturaya ixtisaslar üzrə qəbul imtahanı keçirilib

14.09.2021 19:10 472 baxış
IMG

Sentyabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) doktoranturaya ixtisaslar üzrə qəbul imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, rektor Vilayət Vəliyev və prorektorlar imtahanın gedişini izləyib. Pandemiyanın şərtləri nəzərə alınmaqla keçirilən imtahanda 7 ixtisas üzrə 15 iddiaçı iştirak edərək müvəffəq qiymət alıb.

İmtahanın nəticəsi barədə yekun hesabat yaxın günlərdə Təhsil Nazirliyinə göndəriləcək.

Xəbər lenti