Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin yataqxana qeydiyyatı onlayn formada həyata keçiriləcək.
Qeydiyyat 15-25 sentyabr 2021-ci il tarixlərində saat 10:00-dan 17:00-dək aparılacaq.
Tələbələr aşağıdakı məlumatları qeyd olunan müvafiq elektron poçt ünvanlarına (oğlanlar yataqxanası - elismayı[email protected], qızlar yataqxanası - [email protected]) göndərməlidirlər:
· Ad, soyad, ata adı;
· Fakültə və kurs;
· Faktiki yaşayış ünvanı;
· Əlaqə nömrəsi;
· COVİD -19 pasportu (18 yaşı tamam olmuş tələbələr üçün)
Əlavə məlumat üçün əlaqə vasitələri:
Oğlanlar yataqxanası: (070) 760 24 14
Qızlar yataqxanası: (055) 809 57 77