Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı, t.e.n., dosent Hüseynqulu Quliyevin təqdim etdiyi “Kompleks yüklü düyünlərdə qeyri-simmetrik rejimlərdən intellektual mühafizə sistemi” adlı qurğu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində faydalı model kimi qeydiyyatdan keçib.
Qurğu qeyri-səlis kontrollerin bazasında yaradılmış intellektual mühafizə sistemidir və elektrik təchizat sistemlərinin əsasən qısaqapalı rotorlu asinxron mühərriklərin üstünlük təşkil etdiyi yük düyünlərində qeyri-simmetrik (natamam faza) rejimlərinin vaxtında aşkar edilərək, rele mühafizəsi dövrəsinin icra orqanlarına göndərilməsi üçün zəruri siqnalların generasiya edilməsini, beləliklə də elektrik avadanlıqlarının bu rejimlərdən etibarlı mühafizəsini həyata keçirməyə imkan verir.