Logo

Finlandiyada liseylərə qəbul olmaq üçün şagirdlər orta təhsili daha yüksək balla bitirməlidirlər

15.09.2021 00:28 502 baxış
IMG

Finlandiyada 1-6-cı siniflər baza orta təhsilin aşağı, 7-9-cu siniflər isə baza orta təhsilin yüksək səviyyəsi kimi dəyərləndirilir.

9 illik baza təhsilini bitirdikdən sonra şagirdlər daha bir il (onuncu sinif) əlavə təhsil almaq hüququna malikdir. Əlavə təhsil məzunların təhsilin növbəti pilləsinə daha yaxşı hazırlaşması məqsədi ilə həyata keçirilir.

9-cu sinfi, yəni, ümumtəhsil məktəbini bitirdikdən sonra şagirdlər tam ümumi orta təhsil verən liseylərdə və ya texniki-peşə məktəblərində təhsillərini davam etdirə bilərlər. Əgər texniki-peşə məktəbində təhsil almaq istəyən şagirdlər müəyyən ixtisas üzrə peşə təhsili alıb, istehsalatda işləyə bilirlərsə, liseylərdə şagirdlər ali məktəbə qəbul olmaq üçün təhsillərini davam etdirirlər.

Liseylərə qəbul olmaq üçün şagirdlər orta təhsili daha yüksək balla bitirməlidirlər.   

Xəbər lenti