Logo

Koronavirusdan sağalan uşaqlarda hələ də simptomlar qalır - Araşdırma

15.09.2021 09:56 477 baxış
IMG

İsraildə aparılan araşdırmaya görə, hər 10 uşaqdan biri koronavirusu keçirdikdən sonra da xəstəliyin simptomlarını daşıyır.

Tehsil.biz medicina.az-a istinadən bildirir ki, Səhiyyə nazirliyi yaşları 3 ilə 18 arasında olan və koronavirusu keçirən 13 min 864 uşağın valideynləri ilə araşdırma aparıb.

Nəticələrə görə, virusu keçirən uşaqların 11 faizində xəstəlikdən sonra da əlamətlərə rastlanılıb.

12 yaşdan kiçik uşaqların 1,8, 12 ilə 18 yaş arasındakı uşaqların isə 4,6 faizində xəstəlikdən 6 ay sonra simptomlarla qarşılaşılıb.

İsraildə 200 mindən çox 18 yaşdan kiçik uşağın COVID-19-a yoluxduğu, bunlardan yarısının hər-hansı bir simptom göstərmədiyi bildirildi.

Qeyd edək ki, Təl-Əviv rəhbərliyi iyun ayında 12-15 yaş arası uşaqlara Covid-19 peyvəndi vurmağa başlayıb.

Xəbər lenti