Logo

Qərbi Kaspi Universitetinin müəllimi beynəlxalq simpoziumda iştirak edib

15.09.2021 10:25 1045 baxış
IMG

Qərbi Kaspi Universitetinin Siyasi Elmlər Məktəbinin müəllimi Tural Vəlizadə 10-11 sentyabr 2021-ci il tarixlərində Quba şəhərində, “Soyqırımı Memorial Kompleksi”ndə təçkil olunan “XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda II Beynəlxaq Quba Elmi Simpoziumda iştirak edib. 

T.Vəlizadə Beynəlxalq Simpoziumda «Mart soyqırımı qeyri-azərbaycanlıların gözü ilə» adlı elmi məruzə edib, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yanında fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında müxtəlif millətlərdən olan Bakı sakinlərinin və xarici vətəndaşların şəhərdə baş vermiş 1918-ci ilin mart soyqırımını qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyəti olan ifadələri araşdırılması, tədqiata cəlb edilməsi barədə danışıb.

Xəbər lenti