Logo

Bakıda təhsil işçilərinin 80 faizə yaxını COVID-19-a qarşı peyvənd olunub

15.09.2021 10:28 274 baxış
IMG

Bakıda təhsil işçilərinin 80 faizə yaxını, 28 662 nəfəri COVID-19-a qarşı peyvənd olunub və proses davam etdirilir.

Tehsil.biz xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məlumat verib.

O bildirib ki, pandemiya şəraitində təhsilin ənənəvi qaydada davam etdirilməsi məktəbin və müəllimlərin üzərinə şagirdlərin sağlamlığı, təhlükəsizliyi baxımından daha böyük vəzifələr qoyur:

"Valideyn səhər övladını məktəbə yola salır, məktəbin qapısından içəri daxil olan hər bir şagirdin təhlükəsizliyindən artıq məktəb və müəllim cavabdehdir. Təhsil Nazirliyinin vaksin olunmayan təhsil işçilərinin məktəblərə girişinə icazə verilməməsinə dair qərarı da məhz onların özlərinin və ətrafdakıların sağlamlığı naminədir. Əgər əyani təhsilin davamlılığını istəyiriksə, övladlarımızın təhlükəsiz bir mühitdə təhsil almasını istəyiriksə, vətəndaş məsuliyyəti hiss edərək prosesə hamılıqla qoşulmalıyıq".

Xəbər lenti