Logo

2021/2022-ci ildə STEAM layihəsi 100 minə yaxın şagirdi əhatə edəcək

15.09.2021 11:20 871 baxış
IMG

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil müəssisələrində tətbiq olunan bir sıra layihə və proqramlar tədrisin innovativləşməsi məqsədilə həyata keçirilir. Bu layihələr çərçivəsində şagirdlərin yeni bilik və bacarıqlara yiyələndiyi müşahidə olunur.

Onlardan biri də STEAM layihəsidir.

Təhsil Nazirliyinin "STEAM Azerbaijan" layihəsi 2019-2020 tədris ilindən start götürüb. STEAM təhsil metodu 5 əsas meyarın birgə təşkilidir: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math). STEAM məhz bu meyarların birgə və inteqrasiya olunmuş formada tədrisi ideyası üzərində qurulub.

Layihə rəhbəri İqrar Nəzərov Bakıvaxtı.az-a bildirib ki, 2019-2020-ci tədris ilinin əvvəlindən Təhsil Nazirliyinin dəstəyi ilə tətbiqinə başlanılan “STEAM” layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşüncə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir: “STEAM metadologiyalarının əsasında duran Layihə əsaslı öyrənmə (PBL) , təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif  həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.

STEAM layihəsinin fəaliyyəti çərçivəsində müəllimlər həm yerli, həm də beynəlxalq  təlimlərə cəlb edilmışdir. Belə ki, Bakı şəhəri ilə yanaşı Azərbaycanın müxtəlif bölgələrindən – Gəncə, Şirvan, Qax, Qəbələ, Sumqayıt, Lənkəran, Biləsuvar, Quba, Mingəçevir, Şamaxı, Zaqatala olmaqla 100 müəllim İsraildə (ORT İsrael), 25 müəllim isə Türkiyədə STEAM və Robotiks üzrə  təlim keçmışlər. Ümumilikdə, bu dövr ərzində 2500 müəllim STEAM təlimlərində iştirak etmişdir.

STEAM təhsilinin tədrisi həftədə 2 dərs saatı olmaqla aparılır və proses zamanıLayihə əsaslı öyrənmə - PBL (Project Based Learning),Fənnlərarası inteqrasiya və fənlərararası öyrənmə (Interdisciplinary&Cross-dissplinary), Araşdırma əsaslı öyrənmə (Inquiry Based Learning),  Oyun əsaslı öyrənmə (Gamification), Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies), Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies), Mobil əsaslı öyrənmə (Mobile learning),Tinkering- kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənməmetodlarından istifadə edilir”.

Layihə rəhbəri qeyd edib ki, STEAM təhsili 2021-2022-ci tədris ilində ölkə üzrə 302 ümumtəhsil məktəbi və  15 STEAM Mərkəzindən ümumilikdə 100 minə yaxın şagirdi əhatə edəcəkdir: “Qeyd olunan ümumtəhsil məktəblərindən 6-cı siniflər üzrə37087, 7-ci siniflər üzrə 18468, 8-ci siniflər üzrə 6995 şagird olmaqla ümumilikdə 62550 şagird “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş  aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə STEAM dərslərinin tədrisinə cəlb olunacaqlar.

STEAM tədris prosesinə cəlb olunmuşdur. Bununla yanaşı mərkəzlə yanaşı regionlar daxil olmaqla ümumilikdə STEAM Mərkəzlərinin sayının 15-ə çatdırılması nəzərdə tutulmuşdur. Qeyd olunan Mərkəzlərdən Şirvan, Quba (modul tipli), Bakı şəhəri üzrə Avropa liseyinin və Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin nəzdində yaradılan Mərkəzlər artıq istifadəyə verilmişdir. Bərdə Peşə liseyinin nəzdində, İsmayıllı, Sabirabad və Gəncə şəhərində yaradılan STEAM Mərkəzləri isə istifadəyə hazırdır”.

“STEAM Mərkəzlərinin yerləşdiyi ərazi, həmçinin ətraf regionlarda sıxlıq nəzərə alınmaqla hər bir mərkəz üzrə 1000-3000, ümumilikdə il ərzində 34000 şagirdin prosesə cəlbi nəzərdə tutulmuşdur.

Ümimilikdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliyyətinin izlənməsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir.

STEAM layihəsinin fəaliyyəti steam.edu.az portalı, eləcədə layihənin rəsmi  sosial şəbəkə səhifələri vasitəsilə daima (facebook.com/steam.edu.az, instagram.com/steam.edu.az, youtube.com/steam.edu.az) işıqlandırılır və izləyicilərlə təmas yaradılır” – deyə, İqrar Nəzərov bildirib.

Xəbər lenti