Logo

Dünyada inqilab edən azərbaycanlı gənc

15.09.2021 12:09 511 baxış
IMG

Tural Xuduyevin ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər.

O, Avropanın ən önəmli 50 tədqiqatçısından biridir. 

Tural Bakıda anadan olub. Hacettepe Universitetinin ən çətin - "Atom enerjisi mühəndisliyi” fakültəsində təhsil alıb.

Fakültəni uğurla bitirdiyi üçün magistr təhsili almadan Bilkənt Universitetinin nəzdində olan Milli Nanotexnologiya Araşdırma Mərkəzində doktoranturaya qəbul olub.

İlk uğurlu ixtirası kilometr uzunluğunda nanostrukturları çox asan bir metodla əldə etməyidir.

İkinci ixtirası qara rəngli bir maddənin nanokiçiklikdə istənilən fərqli rəngə çevrilə biləcəyini göstərən tədqiqat.

Dünyaya səs salan sonuncu ixtirası isə nanotexnologiyada çox əhəmiyyətli hesab edilən silindirşəkilli nanostrukturlardan daha güclü enerji toplama qabiliyyəti olan spiralvari sistemin mövcudluğunu ortaya qoyur.

Hazırda Massaçusetes Texnologiyalar Universitetində AFFOA adlı yarım milyard dollar dəyərində dünya əhəmiyyətli layihə üzərində işləyirlər.

Əsas hədəfi öz tədqiqat qrupunu qurmaq, nanotexnologiyanın dərinliklərinə girmək, eyni zamanda Azərbaycan gəncliyinin elmə həvəsini artırmaq üçün səy göstərməkdir.

Xəbər lenti