Logo

Məktəblinin dostlarına ilk tibbi yardımın göstərilməsi üzrə təlimlər keçirilir

15.09.2021 16:48 347 baxış
IMG

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən Məktəblinin dostlarına ilk tibbi yardımın göstərilməsi üzrə təlimlər keçirilir. Təlimlərin əsas məqsədi iştrakçıların ilk tibbi yardımın göstərilməsi istiqamətində nəzəri və praktiki biliklərini artırmaq, fövqəladə hallar zamanı şagirdlərə və məktəb heyətinə ilk yardımın göstərilməsinin daha səmərəli və faydalı olmasını təmin etməkdir.

İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdir müavini Şamil Kalyayev və layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tərəfindən keçirilən təlimlər zamanı iştirakçılara ürək-ağciyər reanimasiyası, yaralar, qanaxma, yanıqlar, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verilib.

Xəbər lenti