Logo

UniClaD layihəsi çərçivəsində növbəti görüş keçirilib

15.09.2021 16:59 387 baxış
IMG

Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə tərəfdaşların iştirakı ilə növbəti onlayn görüş keçirilib.

Görüşdə Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva, layihə çərçivəsində birgə əməkdaşlıq qurulan Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, direktor müavini Anar Cəfərov və Texnoloji transfer və innovasiya şöbəsinin müdiri Emin Nəsibli iştirak edib. 

Görüş zamanı layihə çərçivəsində yaradılan Bilik Mərkəzlərinin fəaliyyətinin təşkili və pilot layihələrin icra edilməsi ilə bağlı tələblər müəyyənləşib.

Pandemiya şəraitində səyahət məhdudiyyətləri nəzərə alınmaqla birgə tələbə mobilliyi və konfransların keçirilməsi, eyni zamanda öyrədici səfərlərin təşkili ilə bağlı məsələlər də müzakirə edilib. İlk səfərin oktyabrda Kiyev şəhərində keçirilməsi planlaşdırılıb.

Layihə çərçivəsində növbəti görüşün sentyabrın sonunda keçirilməsi qərara alınıb.

Xəbər lenti