Bu gün Milli Məclisin deputatı Ceyhun Məmmədov Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanovla birlikdə ali təhsil müəssisələrinə 600-dən çox bal toplayaraq qəbul olmuş gənclərlə onlayn görüş keçirib.
Tehsil.biz xəbər verir ki, deputat onları tələbə adını qazanmaları münasibətilə təbrik edərək xoş sözlərini və tövsiyələrini bildirib. Daha sonra rayonun təhsil sistemində əldə edilən naliyyətlər barədə söhbət edilib.
Görüş zamanı məktəb direktorları, əvvəlki illərdə yüksək bal toplamış məzunlar və yeni tələbə adını qazanan gənclər öz fikir və təkliflərini bildiriblər.
Ceyhun Məmmədov sonda bir daha bütün tələbə adını qazanan gənclərimizi təbrik edib, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.