Logo

Ali Baş Komandan şübhəsiz ki, XALQIN QƏHRƏMANIDIR!

13.11.2020 21:42 1015 baxış
IMG

270 illik tarixi olan Şuşa şəhərini düşmən işğalından azad edən Ali Baş Komandan şübhəsiz ki, XALQIN QƏHRƏMANIDIR!

 

Azərbaycan dövlətinin təxminən 30 il müddətində işğalda qalmış torpaqları nəhayət ki, Şanlı Ordumuzun güclü döyüş hazırlığı və Ali Baş Komandanımızın düzgün siyasəti nəticəsində azad edildi. Sentyabrın 27-dən başlanan müharibə noyabrın 10-da rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı. 

   
Belə ki, 44 gün davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. 

   
Uzun illərdir işğalda olan ərazilər öz sahiblərinə qayıtdı. Şanlı ordumuzun ard-ardınca qazandığı qələbələr Azərbaycan xalqına sevincli günlər yaşatdı. Noyabrın 8-də Qarabağın “döyünən urəyi”, “tacı”, “musiqi və incəsənət beşiyi” olan Şuşa şəhərinin azad olunması xalqımıza xüsusi sevinc yaşatdı. Şuşa şəhəri Azərbaycanın mədəniyyət ocağı sayılır. Azərbaycanın bir çox ziyalıları, şairləri, yazıçıları və xüsusəndə musiqiçiləri Şuşada anadan olmuşdur. Şuşa şəhəri məhşur Üzeyir Həcibəyovun , Xurşudbanu Natavanın, Xan Şuşinskinin (Xan Əminin) vətəni olub.

 

Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualını belə cavablandırmışdı: “Siz də yaxşı bilirsiz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağımızdır. Şuşa Azərbaycan xalqına bir çox dahi şəxslər bəxş edib. Əlbəttə ki Şuşasız işimiz yarımçıq olar.”

 

Məhz Ali Baş Komandan İlham Əliyev Ulu Öndərimizin vəsiyətini yerinə yetirərək Şuşanı azadlığına qovuşdurdu, və əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövrün başlanğıcını elan etdi. 

 

Torpaqlarımızın azadlığı uğrunda canlarından, qanlarından keçən qəhrəman oğullarımıza Allahdan rəhmət diləyirik və şəhid ailələri qarşısında baş əyirik. 

 

Bu müharibə göstərdi ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək birlik nümayiş etdirdi. Müzəffər Ordumuzun və Ali Baş Komandanımızın sayəsində bu böyük qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı!

 

Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin məzunu Leyla Məcidova

Xəbər lenti