Logo

Ən böyük əsgər Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!

13.11.2020 23:37 2418 baxış
IMG

2020 ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlər müzəffər ordumuzun və Ali Baş Komandamızın sayəsində qələbə ilə nəticələndi.  Bu 44 gün də tarixi hadisələrin şahidi olduq.  Güclü ordumuz xalqımızın  ruh yüksəkliyi dən , əzmindən, iradəsindən ilhamlanaraq döyüş meydanında düşmənə layiqli cavabını verdi.

 

08.11.2020. Bu gün Azərbaycan xalqının tarixində yeni bir səhifə açıldı.  O səhifə ki, 28 illik həsrətə son qoyuldu. Bütün ölkənin sevincinə ,bayram etməsinə səbəb oldu.
Azərbaycanın dilbər guşələrindən biri olan əziz Şuşa şəhəri işğaldan azad edildi. Üçrəngli  bayrağımız Şuşada dalğalandı.

 

Cənab Prezidentimizin 
"Əziz Şuşa , sən azadsan!
Əziz Şuşa, biz qayıtmisiq!
Əziz Şuşa , biz səni dirçəldəyəcəyik" sözləri uşaqdan böyüyə hər kəsin şadlığına səbəb oldu. Və 10 noyabr 2020 ci il tarixində bayram bayrama qarışdı. Düşmən şanlı ordumuza məğlub olaraq ağ bayraq qaldırdı. Biz Cənab Prezident İlham Əliyevin düzgün siyasəti və güclü ordumuz sayəsində qələbə qazandıq. İşgal altında olan bütün torpaqlar işğaldan azad edildi. Bu döyüşdə canından , qanından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik və onların ruhları  qarşısında  baş əyirik.

 

Torpaqlarımızın ərazi bütövlüyünü təmin edərək xalqımıza qələbə sevincini bəxş edən Müzəffər Ali Baş komandamıza və şanlı ordumuza böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk.
Ən böyük əsgər Azərbaycan əsgəri!
Qarabağ Azərbaycandır!

 

Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin II kurs tələbəsi Aytən Əliyeva

Xəbər lenti