Logo

Hansı hallarda xarici diplomlar tanınmır? - AÇIQLAMA

16.09.2021 11:28 526 baxış
IMG

Bəzən hansısa ölkənin ali təhsil müəssisələrində təhsil almış şəxslərin diplomlarının tanınmaması ilə bağlı problem ortaya çıxır.

Trend xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı təhsil nazirinin müavini Firudin Qurbanov deyib. O bildirib ki, nostrifikasiya prosesində bir neçə kriteriya var:

"Birinci növbədə xaricdə təhsil almış şəxsin sərhədi nə qədər keçdiyi yoxlanılır. Bəzən sorğuya cavab gəlir ki, cəmi 3 gün həmin ölkədə olub. Bu halda necə təhsil almaq olar?! Həmçinin hansı dildə təhsil alması, ixtisası üzrə suallar veriləndə, dili bilmədiyi, ixtisasına hakim olmadığı üzə çıxır. Ona görə də həmin şəxsin diplomu tanınmır. Əgər belə diplomlar tanınsa, ölkəmizin gələcəyi üçün problem yarana bilər".

Xəbər lenti