Bakı Biznes Universitetinin tələbəsi Fərid Əsgərov müharibə başlayandan döyüşlərdədir və Ağdərə uğrunda böyük qəhrəmanlıqlar göstərib. Fəridin kəsirlərə görə universitetə borcu var, ailəsinin də maddi imkanı yoxdur.
Tehsil.biz-in əldə etdiyi məlumata əsasən, Bakı Biznes Universitetinin rektoru İbad Abbasovdan xahiş olunub ki, Fərid ağır döyüşlərdədir, ailəsinin də imkanı yoxdur, kəsir pullarını silin və Fərid gəlib təhsilini davam etdirsin.
Rektor bu xahişi rədd edib və bildirib ki, cəbhədə olsa da, qayıdandan sonra gəlib universitetə borclu olduğu kəsir pullarını ödəməlidir. Belə çıxır ki, əks halda, Fərid ya universitetdən qovulacaq, ya da aşağı kursda saxlanılacaq.
Fərid təhsilini yarımçıq qoyaraq döyüşlərə könüllü gedib, Vətənin müdafiəsinə! Amma görünən budur ki, rektor İ.Abbasov üçün pul Vətəndən, Qarabağdan daha önəmlidir.