Qərbi Kaspi Universiteti Genetika və Molekulyar Biologiya laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov 13-14 sentyabr tarixlərində Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının təşkil etdiyi Beynəlxalq seminarda iştirak edib.
“Qida Təhlükəsizliyinin təmin edilməsində və Heyvandarlıq məhsullarının istehsalının təkmilləşdirilməsində Heyvan Genetik Ehtiyatlarının Rolu” mövzusunda keçirilən seminarda A.Məmmədov “Azərbaycanın Kənd Təsərrüfatı Heyvanlarının Genetik Ehtiyatları” mövzusunda çıxış edib.