Logo

Azərbaycan Gənclər və İdman naziri bir qrup gənclər təşkilatlarının nümayəndələri görüş keçirib

16.09.2021 12:01 488 baxış
IMG

Gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, nazirliyin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayevin də iştirak etdiyi görüşdə təhsil istiqamətində yeganə ixtisaslaşmış gənclər təşkilatı olan Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə də iştirak etmiş, fikirlərini bölüşmüşdür.

Rüfət Əsədzadə çıxışında AGMA-nın qısa zamanda gördüyü işlərdən, gənc müəllimlərin hədəflərindən və qarşıya qoyulan məqsədlərdən danışıb, həmçinin, gənclər arasında rəqəmsal bacarıqların artırılmasının aktuallığını müzakirə etmişdir.

Bildiyimiz kimi, beynəlxalq əməkdaşlıq və donorların cəlb olunması təşkilatların maliyyə davamlılığı üçün əsas amillərdəndir. Görüşdə genişmiqyaslı əməkdaşlıqların qurulması üçün maraqlı təkliflər dinlənildi. 

Cənab nazir də gənclərə yüksək diqqətin olduğunu və hər zaman dövlət siyasətinin aparıcı istiqaməti olan gənclərə dəstək olunacağını xüsusi olaraq vurğuladı.

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. 

Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Xəbər lenti