Logo

Yeni tədris ilindən təzə hazırlanan "Təbiət-5" dərsliyi V siniflərdə pilot lahiyə olaraq tədris ediləcək

16.09.2021 12:10 623 baxış
IMG

"Beynəlxalq qiymətləndirmələrin nəticəsi zamanı məlum oldu ki, şagirdlərin təbiət fənnləri üzrə bilikləri nisbətən zəifdir. Bu məqsədlə "Azərbaycanda ümumi təhsilin dövlət standartlarında" təbiət fənninin təliminə qərar verilib".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.

O deyib ki, yeni tədris ildən təzə hazırlanan "Təbiət-5" dərsliyi V siniflərdə pilot lahiyə olaraq tədris ediləcək:

"Təhsil Nazirliyinin dəstəyi ilə komplekt hazırlanaraq ölkə üzrə 132 məktəbdə pilot sınağa təhvil verilib. Dərslik ilk dəfə tətbiq edildiyindən bu fənni tədris edəcək pilot siniflərin müəllimlərini təlimləndirmək məqsədi ilə təlimçilərə dərslik müəllifləri tərəfindən treyninqlər təşkil edilib. Yeni dərslik dərslərin tamamilə bacarıq, tədqiqat istiqamətdə keçirilməsinə əsaslanır. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə Təbiət fənləri kimya biologiya və fizika fənləri olaraq ayrılacaq".

Xəbər lenti