Logo

Firudin Qurbanov: "Zəfər tarixi" dərsliyinin hazırlanması işi son mərhələdədir"

16.09.2021 12:49 688 baxış
IMG

"Zəfər tarixi" dərsliyin hazırlanması işi son mərhələdədir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlar əldə edə biləcəklər: "Dərslik yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək".

F.Qurbanov eyni zamanda xatırladıb ki, Təhsil Nazirliyi daim dərsliklərin təkmilləşdirilməsi istiqamətində çalışır.

Xəbər lenti