Logo

"Müharibə dövründə Azərbaycanda 45 məktəb zərər çəkib" - Elçin Kərimov

16.09.2021 13:27 380 baxış
IMG

"Müharibə dövründə Azərbaycanda 45 məktəb zərər çəkib. Onlardan 36-da təmir və tikinti işləri yekunlaşıb. Digər məktəblərin təmir işləri davam edir".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Elçin Kərimov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə deyib.

Nazirlik rəsmisi əlavə edib ki, Təhsil Nazirliyinin sifarişi ilə sentyabrın 15-dək 37 məktəbin açılışı olub: "Bu məktəblərdən 22-si birtipli, 15-i modul tiplidir. Dekabr ayı ərzində isə 32 məktəbin açılması planlaşdırılır. Onlardan 16-sı birtipli, 16-sı isə modul tipli məktəbdir".

Xəbər lenti