Logo

Təhsil haqlarının ödənişi üçün yeni sistem istifadəyə verilib

16.09.2021 14:35
IMG

Bu ildən ödənişli əsaslarla təhsil alan tələbələr ali təhsil müəssisələrinin illik ödənişlərini "Edupay" vasitəsilə onlayn şəkildə həyata keçirə biləcək.

Tehsil.biz-in məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Elçin Abiyev deyib.

Onun sözlərinə görə, bu, həm kartdan köçürmə, həm də MilliÖn və banklardan ödəniş yolu ilə icra edilə bilər.

"Bunun üçün tələbənin invoys nömrəsini qeyd etməsi kifayətdir. Burada onun hansı təhsil müəssisəsində təhsil aldığı, illik təhsil haqqının nə qədər olduğu və hansı dövr üçün ödəniş etmək istədiyi ilə bağlı məlumatlar var. Həmçinin akademik borclar da müvafiq sistem vasitəsilə icra olunacaq".

Xəbər lenti