Azərbaycan Dillər Universiteti Tələbə Elmi Cəmiyyətinin, Regionşünaslıq kafedrasının və ADU Skandinaviya mərkəzinin birgə təşkilatçılığı ilə onlayn formatda 15 Sentyabr “Bilik günü”nə həsr olunmuş Will Durantın “Mədəniyyətin təməlləri”adlı kitabının müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Dillər Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov açıq elan edərək, tədbir iştirakçılarını 15 sentyabr Bilik günü münasibəti ilə təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb.
Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev çıxışında kitaba konstruktiv tənqid yanaşmasını ortaya qoymuşdur.
ADU Skandinaviya mərkəzinin müdiri Vüsalə Əfəndiyeva çıxışında kitabda gender məsələlərinə diqqət yetirib. ADU Tələbə Elmi Cəmiyyətinin sədri Elşən Məcidov kitabın siyasi tərəflərini ön plana çəkib.
Daha sonra Regionşünaslıq kafedrasının müəllimi Yalçın İslamzadə kitab haqqında öz fikirlərini bildirib. Regionşünaslıq kafedrasının müəllimi Əminə Şıxəliyeva isə ailə və gender məsələləri barədə danışıb. ADU-nun Magistratura tələbəsi Nəzmin Maarifzadə kitab haqqında ümumi məlumatlar verib.
Sonda kitabın geniş müzakirəsi davam edib. Kitab müzakirəsi çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.