Logo

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir

14.11.2020 14:59 727 baxış
IMG

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir: indiyədək 155 namizəd uğur qazanıb.

 

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
 

 

Tehsil.biz DİM-in noyabrın 14-ü saat 13:50-yə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 155 nəfər uğur qazanıb. Onlardan 87-si Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 10-u Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

 

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

Xəbər lenti