Kuba iki yaşından 10 yaşa qədər olan uşaqlar üçün COVID-19 əleyhinə kütləvi peyvənd kampaniyası başladıb.
Delta variantı ölkədə sürətlə yayılmaqda davam edir.
Uşaqların vaksinasiya prosesinə cəlb edilməsi klinik sınaqlardan sonra elmi ictimaiyyət tərəfindən təsdiq edildi.
11-18 yaş arası gənclərin də peyvənd edilməsinə başlanılıb.
Kubada davam edən COVID-19 epidemiyası, səhiyyə sisteminin çökməsinə səbəb oldu.
Virusla bağlı ölüm saylarının kəskin artması, dərman çatışmazlığı və infrastrukturun pisləşməsi ilə əlaqədar ölkədəki iqtisadi böhran daha da dərinləşib.
Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Kubada virusa yoluxanların ümumi sayı 775 mini ötüb.
Onlardan 6 mindən çoxu pandemiyanın qurbanı olub.
Realtv.az