İsveçdə 12-15 yaş arası uşaqlar koronavirusa qarşı peyvənd olunacaq.
Tehsil.biz-in məlumatına görə, "Report" İsveç radiosuna istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Stefan Leuven deyib.
Peyvəndləmə gələn aydan başlayacaq.
Qeyd edək ki, 10 milyon əhalisi olan İsveçdə 6,9 milyon insan hər iki dozada, 7 milyondan çox insan isə bir dozada COVID-19 əleyhinə peyvənd olunub.