Türkiyənin Balıkəsir Universiteti Qarabağda şəhid olan azərbaycanlı tələbəsinin ailəsinə minnətdarlıq məktubu göndərib.
Tehsil.biz xəbər verir ki, Vətən müharibəsində şəhid olan Məmmədağa Səfərov Türkiyənin Balıkəsir Universitetinin tələbəsi olub.
Şəhidin ailəsinə ünvanlanın məktubda deyilir:
“Azərbaycan torpağı Qarabağı düşmən işğalından qurtarmaq üçün sərhəddə vətəni, milləti, dini, dövləti və istiqlal uğrunda canını fəda edən, 2014-2019 tarixləri arasında universitetimizin Mühəndislik fakültəsi Mexanika mühəndisliyi ixtisası üzrə tələbə olan əziz şəhid Məmmədağa Səfərovu “Bir millət, iki dövlət” anlayışı ilə türk millətinin şəhidi olaraq qəbul edir, bu duyğu və inancla, qəhrəman şəhidimizi rəhmət və minnətdarlıqla anır, əziz ailəsinə Balıkəsir Universitetinin minnətdarlıq məktubunu təqdim etməkdən şərəf duyuruq”.