Logo

Bu tədris ilində Gömrük Akademiyasına qəbul olan 28 tələbə 600-dən çox bal toplayıb

17.09.2021 09:57 397 baxış
IMG

2021/2022-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına (DGKA) bakalavriat səviyyəsində 5 ixtisas üzrə 140, magistratura səviyyəsində 2 ixtisas üzrə 10 tələbə qəbul olunub.

DGKA-dan bildirilib ki, hazırda akademiyada bakalavriat üzrə tələbələrin ümumi sayı 450, magistratura üzrə 23-dür.

Bu tədris ilində akademiyaya qəbul olan 28 tələbə 600-dən çox bal toplayıb. Bunlardan 23 nəfəri “Hüquqşünaslıq”, 5 nəfəri “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə qəbul olunub. Akademiyaya builki qəbulda ən yüksək göstəricini 645,8 balla “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə Daşdəmirova Fəridə toplayıb.

Bu il Akademiyada bakalavriatura səviyyəsinə I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasına, həmçinin magistratura səviyyəsinə “Gömrük işi” və “Beynəlxalq iqtisadi hüquq” ixtisaslarına qəbul aparılıb.

Akademiyaya “İnformasiya texnologiyaları” ixtisası üzrə tələbə qəbulu 2021/2022-ci tədris ilindən həyata keçirilir.

Xatırladaq ki, “İnformasiya təhlükəsizliyi” ixtisasına 2019/2020-ci tədris ilindən, “Beynəlxalq ticarət və logistika” ixtisasına 2020/2021-ci tədris ilindən başlayaraq qəbul aparılır.

Xəbər lenti