Logo

AzTU müəllimlərinin ixtira etdiyi kompozisiya örtüklü metal beynəlxalq patent aldı

17.09.2021 10:00 407 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materiallar texnologiyası kafedrasınin müəllimləri - məsləhətçi-professor, t.e.d. Arif Məmmədov və dosent, t.e.n. Füzuli Rəsulovun ixtira etdiyi kompozisiya örtüklü metal “Yeyilməyə və korroziyaya davamlı detallar almaq üçün legirlənmiş material”mövzusunda beynəlxalq patent alıb.

Bu barədə Tehsil.biz-ə universitetdən məlumat verilib.

Bildirilib ki, patentin mövzusu MDB ölkələrinin neft-qaz sənayesində istifadə olunan fontan armaturlarının çuqun siyirtmələrinin istehsalında tətbiq olunur.

Xəbər lenti