“Bu ildən etibarən Azərbaycanda doktorantura səviyyəsində dövlət sifarişi hesabına təhsil almaq mümkün olacaq”.
Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bununla da ali təhsil pilləsinin hər üç səviyyəsində adambaşına maliyyələşmə prinsipinə keçid təmin olunacaq.