Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin “Ümumiləşdirilmiş Morrey fəzalarında qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti eliptik tənliklər” (Nonlinear elliptic equations with small bmo coefficients in nonsmooth domains in generalized morrey spaces) adlı məqaləsi “Web of Science” bazasında Q2 kateqoriyalı (İF:1.225) siyahısında yer alan “Mathematical Inequalities” jurnalında dərc edilib.
BDU-dan bildiriblər ki, məqalədə qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti elliptik tənliklərin ümumiləşmiş Sobolev-Morri fəzalarında həlləri üçün qiymətləndirmələr alınıb. Ümumiləşmiş Morri fəzalarında zəif mənada həllərin requlyarlığı araşdırılıb.