"Ötən tədris ilinin statistikasına əsasən Azərbaycanda 89 ölkədən 6 600 xaricdən gələn tələbə təhsil alır".
Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda əyani tədrisin bərpası qərarı verilib və oktyabrda bu tədris ili üçün yeni qəbul olan xarici tələbələrin siyahısı yekunlaşacaq:
"Ölkə sərhədləri hansı ölkələrə açıq deyilsə, bununla bağlı hökumətə müraciət etmişik ki, təlimat versinlər. Çünki həmin ölkələrdən gələn tələbələrin bir çoxunun praktik məşğələ dövrüdür. Misal olaraq, Azərbaycanda təhsil alan xarici tələbələrin 1/3-i tibb təhsili alırlar. Ona görə də hökumətə müraciət etmişik".