Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, universitetin Tələbə parkında pandemiyanın tələblərinə əməl olunmaqla açıq havada keçirilən iclasda 2020/2021-ci il tədris ilinə hazırlıq, qarşıda duran vəzifələr, universitetdə struktur dəyişikliyi, kafedralarda tədris yüklərinin təhlili, təsdiqi və digər məsələlər müzakirə olunub.
Şuranın sədri, rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək 2020/2021-ci il tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.
Şura üzvləri müzakirə olunan məsələlər barədə fikir və təkliflərini bildiriblər.