2021-2022-ci tədris ilində “Məktəblinin Dostu" layihəsi Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində yerləşən 226 təhsil müəssisəsi üzrə fəaliyyət göstərməklə 400 minə yaxın şagirdi əhatə edəcək.
Tehsil.biz xəbər verir ki, vu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib:
"2016-cı ildən işə başlayan, məqsədi məktəblərdə təhlükəsiz mühit yaratmaq, təxirəsalınmaz vəziyyətlərdə ilkin tibbi və psixoloji yardım göstərmək olan layihədə hazırda 400 əməkdaş çalışır".