Bu gün Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlayıb.
Bu barədə Tehsil.biz-ə Bakı Dövlət Universitetindən məlumat verilib
Bildirilib ki, kompozisiya Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Kompozisiyada Ü.Hacıbəylinin “Aşıq Cünün” havası, “Arşın mal alan” operasından “Aşiq oldum” ariyası, “Qaragöz” musiqisi, “Koroğlu” uverturası təqdim olunub.