23.10.2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Mühəndis-Dizayn Məktəbi” layihəsinin MS TEAMS proqramı vasitəsilə onlayn açılış tədbiri keçirildi.
Layihə rəhbəri Sumqayıt şəhəri İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Kəmalə Hüseynova layihənin məqsədi, vəzifələri, icra müddəti, görüləcək işlər və gözlənilən nəticələr barədə açılış tədbiri iştirakçılara məlumat verdi, layihənin aktuallığını diqqətə çatdırdı. Layihə üzrə köməkçi Aliyə Əhmədova layihənin məqsəd və hədəfləri istiqamətində görüləcək işləri diqqətə çatdırmış, icra planının təqdim edilməsi, onlayn təlim mühiti barədə məlumat vermişdir.
Layihənin təlimçisi Aidə Ələkbərova layihə çərçivəsində təşkil ediləcək təlimlərdə Mühəndis dizayn düçüncəsi və bacarıqlarının formalaşdırılması istiqamətində təlimlərin təşkil edilməsi və resursların hazırlanması barədə ə məlumat verdi. Daha sonra açılış tədbirinin iştirakçılarının layihənin icra planı , plan-qrafik və s. barədə sualları və təklifləri dinlənildi, müzakirə edildi.