Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsinə start verir. Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması məqsədini qarşıya qoyur. Qeyd edək ki, laboratoriya Mədəniyyət Nazirliyinin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin davamıdır.
3-9 oktyabr tarixlərində Yarat Müasir İncəsənət Məkanında təşkil ediləcək laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in prodüserlik üzrə zəngin təcrübəyə malik pedaqoqları Elena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov 7 gün ərzində müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər. Menecment və prodüserlik sahəsinə maraq göstərən gənclərə laboratoriyada ödənişsiz iştirak etmək imkanı yaradılır.
Təlimlərə qoşulmaq istəyənlər 30 sentyabr tarixinə qədər müraciət formasını dolduraraq, [email protected] elektron poçt ünvanına göndərə bilər.
MÜRACİƏT FORMASI
Müraciətlər 30 sentyabr 2021-ci il tarixinə qədər göndərilməlidir.
İştirakçının adı və soyadı |
|
Doğum tarixi |
|
Təhsil aldığı müəssisənin adı və ixtisası |
|
İş yeri və vəzifəsi |
|
Təcrübə: hansı layihələrdə iştirak etmisiniz? |
|
Kursa qatılma səbəbiniz və gözləntiləriniz |
|
Telefon/ E-mail ünvanı |
|
E-mail: [email protected]
Əlaqə telefonu: +994707110485