Logo

AzMİU memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalara dair beynəlxalq konfransa hazırlaşır

17.09.2021 17:31 400 baxış
IMG

Oktyabrın 20-21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESIAC-2021” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Universitetdən bildirilib ki, konfrans memarlıq və inşaatda enerji səmərəliliyi, enerjiqoruyucu innovasiyaların idarəetmə sistemləri, “ağıllı” texnologiyalar, eləcə də ekoloji monitorinqin informasiya sistemləri ilə əlaqəli olan geniş mühəndislik sahələrini əhatə edir.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Norveç, Danimarka, İspaniya və digər ölkələrin ali təhsil müəssisələri və müvafiq qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. Konfransa təqdim olunmuş materiallardan seçilmiş məqalələr (4–8 səhifə) müvafiq araşdırmalardan sonra yerli və beynəlxalq jurnallarda dərc olunacaq.

Müvafiq qaydalara uyğun olaraq elmi komitə tərəfindən seçilmiş məqalələrin “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazalarda indeksləşməsi gözlənilir.

Konfrans materiallarını oktyabrın 5-dək [email protected] ünvanına göndərmək olar.

Xəbər lenti