Logo

BDU-nun alimlərinin elmi-tədqiqat işlərinin nəticələri nüfuzlu jurnalda dərc edilib

17.09.2021 17:34 577 baxış
IMG

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev, dosenti Ülviyyə Əsgərova, dosenti Rizvan Əsgərov və  Zərif üzvi sintez ETL-in elmi işçiləri Gülnar Süleymanova və Nigar Əhmədovanın kristalloqrafiya sahəsində apardıqları elmi-tədqiqat islərinin nəticələri “Web of Science” və “SCOPUS” bazalarında indekslənən “Acta Crystallographica Section E” jurnalının 2021-ci ildə çapdan çıxmış bir neçə sayında dərc edilib.

Son illər molekullararası qarşılıqlı təsirlərin öyrənilməsi üçün Hirşfeld səth analizindən geniş istifadə edildiyindən elmi-tədqiqat isində sintez edilmiş aşağıdakı birləşmələrin monokristalları yetişdiril­miş və kristalların formalaşmasında iştirak edən molekuldaxili və molekullararasi qeyri-kovalent rabitələrin rolu müəyyən edilmişdir:

  • 1,3-bis{2,2-dixloro-1-[(E)-fenildiazenil]etenil}benzol;
  • (2Z)-N,N-dimetil-2-(penta­flü­or­fe­nil)­-2-(2-fenilhidrazin-1-iliden)asetamidin;
  • (E)-1-[2,2-dixloro-1-(4-metilfenil)­etenil]­-2-(4-me­t­oksifenil)diazenin;
  • (E)-4-({2,2-dixlor-1-[4-(dimetilamino)fenyl]-ethenil}di­az­e­n­il)­benzo­nit­ril]­­;
  • (3Z)-7-metoksi-3-(2-fenilhidraziniliden)-1-benzofuran-2-(3H)-on]

Xəbər lenti