Logo

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri Azra Kohendir

17.09.2021 17:40 681 baxış
IMG

1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri məşhur yazıçı, bestsellər müəllifi və psixoloq Azra Kohendir. Azra Kohenin müəllifi olduğu “Fi”, “Çi”, “Pi”, “Məni gör”, “Aiden” kitabları Türkiyədə satış rekordu qırıb.

Türkiyənin İstanbul Universitetində radio və TV, İngiltərənin Liverpul və Türkiyənin Boğaziçi Universitetində psixologiya, Kanadanın Ottava Universitetində iqtisadiyyat təhsili alıb.

Forumda iştirak ödənişsizdir. Çıxışlar Azərbaycan dilinə tərcümə ediləcək. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyat 20 sentyabra qədər davam edir. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55

Xəbər lenti