İngiltərədə 23 yaşlı kişi maraqlı tapıntıyla yadda qalıb. O, ailəsinin 500 il əvvəl inşa olunan evində yeraltı xəzinə aşkarlayıb.
Bizim.Media “Ridus”a istinadən xəbər verir ki, Freddi Qudoll köhnə şəkillərə baxarkən maraqlı bir qapını görüb və onu tapmağa qərar verib.
Tapandan sonra isə qarşılaşdıqlarına məttəl qalıb. Qapının arxasında gizli girişi olan otaq olub və bu otaq gizli otaq və dəhlizlərə aparıb.
Bununla yanaşı Freddi yuxarıdakı məkana çıxan pilləkənlə də rastlaşıb. Yeraltı dünyada XIX əsrə aid məktəb partaları, seyf, kitablar, kağızlar və bir neçə məktub tapılıb.
Hazırda ailə seyfi açmaq niyyətindədir.
Videonu təqdim edirik: