Logo

Aqrar Universitetdə keçirilən növbəti ödənişsiz təkmilləşdirmə kursları başa çatıb

17.09.2021 18:21 363 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində su bioehtiyatları və akvakultura, balıqçılıq və balıqçılıq təsərrüfatı işi və ekologiya istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları başa çatıb.

Tehsil.biz xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov kurslarda iştirak edən dinləyiciləri təbrik edərək, layihə çərçivəsində əldə etdikləri biliklərin gələcək iş fəaliyyətlərində mühüm rol oynayacağını bildirib.

İştirakçılar keçirilən dərslərin səmərəliliyi və praktiki dərslərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də ödənişsiz təkmilləşdirmə kurslarının davam etməsi üçün fikir və təkliflərini səsləndiriblər.

Tədbirin sonunda ödənişsiz təkmilləşdirmə kurslarında iştirak edən dinləyicilərə müvafiq ixtisaslar üzrə sertifikatlar təqdim olunub.

Xəbər lenti