Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin və Azərbaycan Sosial İş İctimai Birliyinin (AZSİB) təşkilatçılığı ilə 2021-ci ilin 16-17 noyabr tarixlərində “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevin imzaladığı “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağda məskunlaşma prosesində sosial işin rolunu müəyyənləşdirmək, bu istiqamətdə dünya ölkələrinin təcrübəsini öyrənmək, məskunlaşma ilə bağlı ölkə daxilində məsul olan müvafiq qurumların mövqeləri ilə tanış olaraq onlarla birgə fəaliyyət planını tərtib etmək və sosial tədbirlərin istiqamətlərini aydınlaşdırmaqdır.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
Tezislərin tərtib olunma qaydaları:
Həcmi 500 sözdən çox olmamalı, format A4, şrift Times New Roman, yuxarıdan 2,7 sm, aşağıdan 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm, şrift 11, interval 1.
Tezisin quruluşu:
Tezisin adı: böyük hərflərlə, qalın şrift, ölçü 11
Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, ölçü 11
Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, ölçü 12
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis və rus.
Konfransın elmi istiqamətlərinə uyğun gəlməyən tezislər qəbul edilməyəcəkdir.
Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcək və iştitrakçılara müvafiq setifikatlar veriləcəkdır.
Konfransın keçiriləcəyi yer və əlaqə:
Bakı Dövlət Universiteti,
AZ1148, Z.Xəlilov küç., 33.
Tel: (+99412) 539 03 97
Mob: (+99470) 315 79 92
E-poçt: [email protected]