Logo

“Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də dəyişiklik edilib

17.09.2021 19:26 989 baxış
IMG

Nazirlər Kabineti “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də dəyişiklik edib.

Tehsil.biz xəbər verir ki, qüvvədə olan Əsasnaməyə əsasən, məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqların ərzaq məhsulları ilə təminatını və iaşə xidmətini yerli icra hakimiyyəti orqanları təmin edir, yeməyin keyfiyyətinə dövlət nəzarətini səhiyyə orqanları həyata keçirir.

Dəyişikliyə əsasən, yeməyin minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqan dəyişib. Səhiyyə orqanlarının bu sahədə səlahiyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) həvalə edilib.

Xəbər lenti