Ölkə üzrə vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb.
Bu barədə təhsil naziri Emin Əmrullayev Baku TV-yə eksklüziv müsahibəsində danışıb.
Onun sözlərinə görə, hazırda müəllimlərin vaksinasiya prosesi davam etdirilir:
“Artıq ölkə üzrə 85 faizə yaxın təhsil işçisi peyvənd olunub. Bakı şəhəri üzrə bu rəqəm 90 faizdən artıqdır. Abşeron rayonu və Gəncə şəhəri üzrə isə 95 faizə yaxın təhsil işçisi peyvənd olunub”.
Nazir qeyd edib ki, əks-göstəriş sertifikatı və immunitet sertifikatı olan təhsil işçiləri də məktəblərə buraxılacaqlar:
“Hər bir məktəbdə vaksinasiya 80 faizə çatdıqdan sonra tədris əyani formaya keçir. Biz bu prosesi 80 faizə çatdırmışıq deyə əyanı prosesə keçirik, amma məqsədimiz bu rəqəmlə kifayətlənmək deyil”.