Əfqanıstanda bu gündən oğlanlar üçün məktəblər və mədrəsələr fəaliyyətini bərpa edir.
Tehsil.biz xəbər verir ki, bu barədə “Taliban” hökumətinin Təhsil Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, bütün kişi müəllimlər və şagirdlər məktəblərə gəlməlidir. Nazirlik, həmçinin, qeyd edib ki, universitet rəhbərləri ilə də bir həftə sonra tədrisin bərpası haqda danışıqlar aparılır. Dərslər isə qadın və kişi siniflərinə bölünməklə keçiriləcək.
Qafqazinfo