Logo

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

18.09.2021 14:51 470 baxış
IMG

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar.

Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenlərin övladlarını gürcü dilində təhsil almaları üçün qeyri-azərbaycandilli məktəblərə və gürcü sektorlu tədris müəssisələrinə yazdırmalarıdır.

Azərbaycanlı müəllimlər isə valideynlərin bu addımından olduqca narazıdırlar. Hazırda Qardabani şəhərində 300-dən çox azərbaycanlı şagird qeyri-azərbaycandilli məktəblərdə təhsil alır. Müəllimlər bunun gələcəkdə yaradacağı böyük problemlərdən narahatdırlar. Bu sahədə olan problemlərdən biri də odur ki, valideynlərin 7-8-ci sinifdən sonra övladlarını gürcü məktəblərindən çıxararaq azərbaycandilli məktəblərə gətirmələri halları da baş verir.

Müsahib Əvəzxan İsayev valideynləri məktəb seçimində ən başdan doğru qərar verməyə çağırır. O, azərbaycandilli məktəbləri bitirərək, Gürcüstan ali təhsil ocaqlarında təhsillərini davam etdirən gənclərin sayının da ilbəil artdığını qeyd edib.

Məlumat üçün bildirək ki, qonşu Gürcüstanda, ümumilikdə, 120-dək azərbaycandilli ümumtəhsil məktəb fəaliyyət göstərir. Cari ildə bu məktəblərin məzunlarından 1847 nəfəri Gürcüstanın müxtəlif ali təhsil ocaqlarına qəbul olub. Ümumilikdə isə hazırda Gürcüstan ali məktəblərində üç mindən artıq azərbaycanlı tələbə təhsil alır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

https://youtu.be/IYDY5TSRMlw

Xəbər lenti