"Ənənəvi dərslərin başlamasına sayılı günlər qalıb. 2020-ci ilin mart ayından sonra böyük səbirsizliklə tələbələrimizlə görüşü gözləyirik".
Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib.
O qeyd edib ki, əsas məsələlərdən ən vacibi pandemiya ilə əlaqədar universitetimizdə ənənəvi təhsilə başlaya bilməyən tələbələrimizin (vaksin olunmayan, COVİD19 keçirməsi və əks göstəricilə bağlı müvafiq sənəd təqdim etməyən, eləcə də müvafiq qaydaların digər tələblərinə cavab verməyən) keyfiyyətli təhsil almaq hüququnu təmin etməkdir.
"Aidiyyəti üzrə müvafiq sənəd imzalandıqdan dərhal sonra UNEC-də dərslərin təşkili və tələbələrin biliyinin qiymətləndirilməsilə bağlı detallı məlumat veriləcəkdir. Hər şeyin yaxşı olacağına inanırıq", -deyə rektor bildirib
Fəqan Əzimli